29 avqust 2024 11:01
508

UEFA Millətlər Liqası: Azərbaycan millisinin heyətinin açıqlanacağı vaxt bəlli olub

AFFA-nın inzibati binasında Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuşun mətbuat konfransı keçiriləcək.

Milli assosiasiyanın mətbuat xidmətindən "İki sahil"ə verilən məlumata görə, tədbir avqustun 30-da, saat 11:00-da başlayacaq.

Mətbuat konfransında yığmanın UEFA Millətlər Liqasında sentyabrın 5-də Bakıda İsveç və 8-də Koşitsedə Slovakiya yığmaları ilə oyunlar üçün heyəti açıqlanacaq.