Ərəb ölkələrinin aparıcı kütləvi informasiya vasitələri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya həsr olunmuş məqalələr dərc edib.
“İki sahil” xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Bəyan” qəzetində dərc olunan “Mehriban Əliyeva: Azərbaycan xalqının nümunəvi insanı” sərlövhəli məqalədə qeyd edilir ki, Mehriban Əliyeva ictimai fəaliyyətinin ilk günlərindən humanitar məsələlərə xüsusi diqqət yetirib. O, ölkə vətəndaşlarının rifah halını yaxşılaşdırmaq üçün saysız-hesabsız təşəbbüslərə rəhbərlik edib.
Məqalədə vurğulanır: “Azərbaycanın birinci xanımı və Birinci vitse-prezidenti Mehriban Əliyevanın mənalı ömür yolu və tükənməz enerjisi, xeyirxahlığı, insanlara göstərdiyi şəfqət və mərhəməti, həmçinin öz xalqına və dövlətinə fədakar xidməti xüsusi qeyd olunmalıdır”. Qəzet yazır ki, Azərbaycanın birinci xanımı həm də qayğıkeş bir həyat yoldaşı və ana kimi bütün qadınlara nümunədir”.
Geniş oxucu kütləsinə malik olan “Arab-countries” xəbər portalında dərc olunan məqalədə bildirilir ki, Mehriban xanım Əliyeva intellektual və mədəni ənənələri yaşadan ziyalı ailəsində dünyaya gəlib. Atası görkəmli alim, anası isə tanınmış filoloq olan Azərbaycanın birinci xanımı təhsilə, mədəniyyətə və ictimai fəaliyyətə qayğı və diqqət göstərilməsi üzrə ailə ənənələrini davam etdirib. Eyni zamanda, Mehriban xanımın Moskvada Seçenov adına Tibb Universitetində aldığı tibb təhsili də onun humanitar sahədə fəaliyyətində mühüm rol oynayıb.
Qərbi Azərbaycan İcması davamlı sülh və qaçqınların qayıdış hüququ ilə bağlı beynəlxalq konfrans təşkil edib
Maliyyə Nazirliyində YAP-a yeni qəbul olunan əməkdaşlara üzvlük vəsiqələri təqdim edilib - FOTO
İsrail səfiri: Azərbaycanla kibertəhlükəsizlik, süni intellekt və su texnologiyaları sahəsində əməkdaşlığımız genişlənəcək