Avqustun 26-da Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında Azərbaycan Respublikası Milli Məclisinə 2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar YAP-ın Tədbirlər Planına uyğun olaraq Azərbaycan Respublikasının bütün seçki dairələrində səsvermə günü müşahidə aparacaq şəxslərin təlimatlandırılması məqsədilə müşavirə keçirilib.
“İki sahil” xəbər verir ki, seçki prosesində müşahidəçilik institutunun rolu və əhəmiyyəti, müşahidə aparılması qaydaları, müşahidəçilərin hüquq və vəzifələri barədə ətraflı izahat və məlumat verilib.
Daha sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb, müvafiq tapşırıq və tövsiyələr diqqətə çatdırılıb.
Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak edib YENİLƏNİB
Mehriban Əliyevanın sosial şəbəkə hesablarında "Mənim Abşeronum: Üstə gəl" sərgisi ilə tanışlıqla bağlı videoçarx paylaşılıb
BMT-nin Terrorçuluqla Mübarizə İdarəsi Azərbaycanda təmsilçiliyi genişləndirir