Qarabağ gözümüzün qarşısında dirçəlir və çiçəklənən diyara çevrilir.
“İki sahil” xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın birinci iclasında çıxışı zamanı bildirib.
Mirziyoyev ölkənin ərazi bütövlüyünün bərpasında və qədim Azərbaycan torpaqlarının qaytarılmasında Prezident İlham Əliyevin tarixi rolunu vurğulayıb.
Onun sözlərinə görə, Prezident Əliyev həm atasının, həm də bütün Azərbaycan xalqının böyük arzusunu həyata keçirib.
“Mən özüm Füzuli və Şuşada olmuşam, hər şeyi öz gözlərimlə görmüşəm və sevinmişəm”, - Özbəkistan lideri vurğulayıb.
Rəsmi Bakı Fransanın Martin Rayan məsələsinə dair bəyanatını qətiyyətlə rədd edib
Prezident İlham Əliyev Qırğızıstan, Özbəkistan və Tacikistan prezidentləri ilə birlikdə Çolpon-Ata şəhərində Qolf Klubun açılışında iştirak edib