Avropa İttifaqının Azərbaycandakı səfiri Mariyana Kuyunciç Azərbaycan dilini öyrənmək niyyətində olduğunu bildirib.
“İki sahil” xəbər verir ki, bununla bağlı video 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi tərəfindən feysbuk sosial şəbəkəsində paylaşılıb.
Paylaşımda deyilir: "1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür. Avropa İttifaqının səfiri Mariyana Kuyunciç bu zəngin dili öyrənməyə başlayıb. Bu videonu sizinlə bölüşürük."
Paylaşıma əlavə olunmuş videoda diplomatik missiyanın rəhbəri auditoriyaya Azərbaycan dilində müraciət edir.
Azərbaycanın İrandakı səfirliyi ölkəyə qayıtmaq istəyənlərə bildiriş ünvanlayıb
Prezident işğal dövründə Ermənistanın 60 min hektar meşə fondunu məhv etməsini qabardıb
Ceyhun Bayramov Cibuti XİN başçısı ilə ikitərəfli münasibətləri müzakirə edib