Bəzi dövlətlər beynəlxalq hüququn başlıca prinsipləri ilə bağlı ikili standartları təbliğ edir.
“İki sahil” xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Cavid Vəliyev “Boneyra adasının Bakıdan keçən BMT Baş Assambleyasındakı öz müqəddəratını təyinetmə yolu” adlı konfransda deyib.
C.Vəliyev, Niderlandın müstəmləkəsi olan Boneyra adasının əhalisinin uzun illərdir ki, müstəqillik uğrunda mübarizə apardığını vurğulayıb: “Xalqların müstəmləkə asılılığından azad olmaq hüququ beynəlxalq hüququn ən mühüm prinsiplərindən biridir. Bununla belə, bütün dekolonizasiya prosesi özlərini demokratik və liberal ölkələr adlandıran Qərb dövlətləri tərəfindən mürəkkəbləşdirilir”.
Onun sözlərinə görə, belə qənaətə gəlmək olar ki, bu konfrans təkcə Boneyra əhalisinin əsas hüquqlarının pozulmasına deyil, ümumilikdə beynəlxalq hüququn prinsiplərinə həsr olunub.
Rəsmi Bakı Fransanın Martin Rayan məsələsinə dair bəyanatını qətiyyətlə rədd edib
Prezident İlham Əliyev Qırğızıstan, Özbəkistan və Tacikistan prezidentləri ilə birlikdə Çolpon-Ata şəhərində Qolf Klubun açılışında iştirak edib