Boneyra adasından olan qonaqlar avqustun 22-də BTQ ilə birlikdə müstəmləkəçiliklə mübarizə çərçivəsində keçirilən tədbirdə dünyaya müraciət edəcəklər.
“İki sahil” xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun (BTQ) rəhbəri Abbas Abbasov jurnalistlərə açıqlamasında deyib.
"Avqustun 22-də BTQ-nin növbəti tədbiri keçiriləcək. Cari ilin oktyabrında Boneyra adası BMT-yə qətnamə layihəsi təqdim edəcək. Onların Bakıdakı nümayəndələri BTQ ilə birlikdə konfrans keçirmək üçün müraciət etmişdilər və biz sabah Niderlandın müstəmləkəçiliyindən əziyyət çəkən Boneyra xalqı üçün tədbir keçirəcəyik. Onlar bu tədbirdə sözügedən qətnamə layihəsi BMT-yə təqdim edilməzdən əvvəl dünyaya müraciət edəcəklər", - o bildirib
Rəsmi Bakı Fransanın Martin Rayan məsələsinə dair bəyanatını qətiyyətlə rədd edib
Prezident İlham Əliyev Qırğızıstan, Özbəkistan və Tacikistan prezidentləri ilə birlikdə Çolpon-Ata şəhərində Qolf Klubun açılışında iştirak edib