ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici işlər naziri və Malta Parlamentinin üzvü İan Borq (Ian Borg) Leyboristlər Partiyasının parlament işləri üzrə sədr müavini vəzifəsi uğrunda gələn ay keçiriləcək seçkilərdə iştirak edəcək.
“İki sahil” xəbər verir ki, bu barədə Malta XİN başçısı "X"də yazıb.
"Bir çox dairələrdən gələn zəngləri nəzərdən keçirdikdən, eləcə də deputat yoldaşlar və partiya nümayəndələri ilə məsləhətləşdikdən sonra mən gələn ay keçiriləcək Leyboristlər Partiyasının parlament işləri üzrə sədr müavini vəzifəsinə seçkilərdə iştirak etmək qərarına gəldim", - o qeyd edib.
Rəsmi Bakı Fransanın Martin Rayan məsələsinə dair bəyanatını qətiyyətlə rədd edib
Prezident İlham Əliyev Qırğızıstan, Özbəkistan və Tacikistan prezidentləri ilə birlikdə Çolpon-Ata şəhərində Qolf Klubun açılışında iştirak edib