30 noyabr 2017 00:23
790

Tarkan həyat yoldaşını klipə çəkəcək

Tarkan "Beni çok sev" mahnısını sevənlərə sürpriz hazırlayıb.

Meqastarın klipində həyat yoldaşı Pınar Tevetoğlu çəkiləcək.

Türk mətbuatının xəbərinə əsasən, Tarkan son albomunun "Beni çok sev" mahnısına klip çəkəcək. 

Tarkan konsertlərində bu mahnını ifa edəndə onu izləyən xanımı Pınarın gözlərinin içinə baxır.

 Meqastar sözügedən mahnının klipi üçün xanımı ilə kamera qarşısına keçəcək.