Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi MDB Dövlət Başçıları Şurasının iclasına dəvət edib.
“İki sahil” xəbər verir ki, bu dəvəti Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında səsləndirib. O deyib: “Rusiya və Azərbaycan əsas çoxtərəfli platformalarda, o cümlədən BMT və Müstəqil Dövlətlər Birliyində öz səylərini sıx əlaqələndirir.
Oktyabrda İlham Heydər oğlunu MDB Dövlət Başçıları Şurasının iclasında, həmçinin Kazanda keçiriləcək BRICS sammiti çərçivəsində “autriç” formatında görüşdə görməyə şad olacağıq”.
Rəsmi Bakı Fransanın Martin Rayan məsələsinə dair bəyanatını qətiyyətlə rədd edib
Prezident İlham Əliyev Qırğızıstan, Özbəkistan və Tacikistan prezidentləri ilə birlikdə Çolpon-Ata şəhərində Qolf Klubun açılışında iştirak edib