Türkiyə Futbol Federasiyası (TFF) dünən keçirilən “Göztepe” – “Fenerbahçe” matçında baş verənlərlə bağlı açıqlama yayıb.
“İki sahil” xəbər verir ki, qeumun rəsmi saytında yayılan açıqlamada qeyd edilib: “Trendyol Super Liqasının 2-ci həftəsində oynanan “Göztepe” – “Fenerbahçe” yarış zamanı futbol meydançalarında görmək istəmədiyimiz bəzi hadisələr baş verdi.
Qonaq komandanın azarkeşlərinin tribunalara daxil olması zamanı baş verən bəzi insidentlərə görə qonaq komandanın klub prezidentinin meydançaya daxil olaraq təlimatlara zidd şəkildə müdaxilə etməsini məqsədəuyğun hesab etmirik və qəbul etmirik. Bununla belə qonaq komandanın klub prezidentinə qarşı fərdi fiziki müdaxiləni çirkin görür və heç bir şəkildə qəbul etmirik. “Fenerbahçe” İdman Klubunun prezidentinə tezliklə sağalmasını arzu edirik.
Baş verənlərin futbolda yaratmaq istədiyimiz qardaşlıq ab-havasına heç bir faydası olmadığı açıq-aydın görünür. Vurğulamaq istərdik ki, futbolun bütün maraqlı tərəfləri tərəfdaşdır və bu maraqlı tərəflər futbolumuzun brend dəyərini daha yaxşı səviyyələrə çatdırmaq üçün sağlam mənada birgə hərəkət etməlidirlər.
Proses federasiyamızın müvafiq idarə heyəti tərəfindən ətraflı şəkildə qiymətləndiriləcək və təcili olaraq lazımi qərarlar qəbul ediləcək”.
Məhərrəm Ağalaroğlu, “İki sahil”