Rusiya müharibənin 1518-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 671 təyyarəsi, 284 helikopteri, 136 352 PUA-sı, 656 zenit-raket kompleksi, 28 992 tank və digər zirehli texnikası, 1 704 reaktiv yaylım atəş sistemi, 34 555 artilleriya və minaatanı, 59 876 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.