18 avqust 2024 12:48
456

"Real" onu 100 milyon avroya satmadı

"Real" müdafiəçisi Eder Militaonu satmağa razı olmayıb.

"İki sahil" goal.com-a istinadən xəbər verir ki, Madrid klubu Səudiyyə Ərəbistanından 26 yaşlı futbolçu üçün 100 milyon avrodan çox təklifi rədd edib.

Braziliyalı futbolçu 2019-cu ildən Madrid təmsilçisində çıxış edir. Bu müddət ərzində Militao 156 oyuna çıxıb, 11 qol vurub və 5 qolun ötürməsini verib. Onun müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.