18 avqust 2024 01:22
472

Türkiyə Superliqası: “Fənərbağça” səfərdə xal itirib

Futbol üzrə Türkiyə Superliqasında II turun növbəti oyunu keçirilib.

“İki sahil” xəbər verir ki, çempionluq mübarizəsi aparan "Fənərbağça" səfərdə "Göztəpə" ilə qarşılaşıb. Görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

"Fənərbağça"nın heyətində qolları Edin Ceko ilə Yussuf En-Nesiri, "Göztəpə"də isə Koray Güntər və Romulu Kardozu vurublar.