17 avqust 2024 22:26
440

“Sumqayıt” “Səbail”ə qalib gəldi

Misli Premyer Liqasının 3-cü turu çərçivəsində “Səbail” “Sumqayıt”ın qonağı olub.

“İki sahil”in məlumatına görə, qarşılaşmanın 87-ci dəqiqəsində Kamran Quliyev hesabı açıb. 89-cu dəqiqədə Süleyman Alluş “Səbail”in bərabərlik qolunu vursa da 90+2 Roy Kexart meydan sahiblərinin qələbə qolunu vurub – 2-1

Misli Premyer Liqası

III tur

17 avqust (şənbə)

20:30. “Sumqayıt” 2-1 “Səbail”

Qollar: Kamran Quliyev, 87 (1-0), Süleyman Alluş, 89 (1-1), Roy Kexart, 90+2 (2:1)

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əli Əliyev

VAR: Fərid Hacıyev

AVAR: Rəhman İmami

M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Məhərrəm Ağalaroğlu, “İki sahil”