Misli Premyer Liqasının 3-cü turu çərçivəsində “Kəpəz” - “Turan Tovuz”u qəbul edib.
“İki sahil”in məlumatına görə, Tovuzda baş tutan qarşılaşmanın 15-ci dəqiqəsində Xəyal Nəcəfov hesabı açıb. 19-cu dəqiqədə isə Roderik Miller “Turan Tovuz”un üstünlüyünü iki topa yüksəldib.
Oyunda son nöqtəni də qonaqlar qoyub. Qarşılaşmanın 61-ci dəqiqəsində Kristian da Silva tovuzluların 0-2 hesablı qələbəsini rəsmiləşdirənqolu vurub.
Misli Premyer Liqası
III tur
17 avqust (şənbə)
18:15. “Kəpəz” 0-2 “Turan Tovuz”
Qollar: Xəyal Nəcəfov, 15 (0-1), Roderik Miller, 19 (0-2), Kristian da Silva, 61 (0-3)
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Zöhrab Abbasov, Rauf Allahverdiyev
VAR: Rauf Cabarov
AVAR: Vüsal Məmmədov
Tovuz şəhər stadionu
Məhərrəm Ağalaroğlu, “İki sahil”