Prezident İlham Əliyev xidməti vəzifələrini yerinə yetirərkən şəhid olan Dövlət Sərhəd Xidmətinin (DSX) üç əməkdaşını təltif edib.
“İki sahil” xəbər verir ki, dövlət başçısı Vətən müharibəsində şəhid olan gizir Əliyev Rüfət Fizuli oğlu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, bu il iyun ayında Laçında ildırım vurması nəticəsində həlak olan mayor Baxışlı Baxış Elşən oğlunu “Vətən uğrunda” medalı ilə və onun əsgəri Nağıyev Əli Elşən oğlunu isə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edib.
Qeyd edək ki, Prezident İlham Əliyev bu gün "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında" Sərəncam imzalayıb.
Prezident: Azərbaycan və Qırğızıstan münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldir
Prezident İlham Əliyev: Azərbaycanın və Qırğızıstanın humanitar sahədə əlaqələri uğurla inkişaf edir
Prezident İlham Əliyev Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür edib
Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilir