“Qəbələ” komandası kamerunlu futbolçu Kristof Atanqana ilə yollarını ayırıb.
Klubun mətbuat xidmətindən “İki sahil”ə verilən məlumata görə, 24 yaşlı qapıçı ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
2021-ci ilin iyulundan bölgə təmsilçisində çıxış edən Atanqana “qırmızı-qara” formada 36 matç keçirib. O, Premyer Liqada 24, Azərbaycan kubokunda 10, Konfrans Liqasında 2 oyunda iştirak edib.