Bu gün Misli Premyer Liqasında 3-cü tura start veriləcək.
“İki sahil” xəbər verir ki, günün ilk matçında Qərb derbisi keçiriləcək. Tovuzda baş tutacaq “Kəpəz” - “Turan Tovuz” görüşü 18:15-də start götürəcək.
Daha sonra “Sumqayıt” isə öz meydanında “Səbail”lə üz-üzə gələcək. Bu qarşılaşmanın start fiti 20:30-da səslənəcək.
Sabah isə turun daha 1 oyunu keçiriləcək.
Qeyd edək ki, bu tur keçirilməli olan “Şamaxı” - “Qarabağ” və “Zirə” - “Araz-Naxçıvan” matçları təxirə salınıb. “Qarabağ”ın Çempionlar Liqasının, “Zirə” isə Konfrans Liqasının pley-offuna yüksəldiyindən bu kollektivlərin oyunu başqa vaxta keçirilib.
Misli Premyer Liqası
III tur
17 avqust (şənbə)
18:15. “Kəpəz” - “Turan Tovuz”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Zöhrab Abbasov, Rauf Allahverdiyev
VAR: Rauf Cabarov
AVAR: Vüsal Məmmədov
Tovuz şəhər stadionu
20:30. “Sumqayıt” - “Səbail”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əli Əliyev
VAR: Fərid Hacıyev
AVAR: Rəhman İmami
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu
18 avqust (bazar)
20:30. “Neftçi” - “Sabah”
Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Müslüm Əliyev, Fərid Hacıyev
VAR: Əliyar Ağayev
AVAR: İnqilab Məmmədov
“Liv Bona Dea Arena”