16 avqust 2024 18:41
493

Türkiyə Superliqasında III turun bir neçə oyunu təxirə salınıb

Türkiyə Superliqasının III turunda keçirilməsi planlaşdırılan üç oyun təxirə salınıb.

“İki sahil” xəbər verir ki, bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.

"Qalatasaray" - "Qaziantep", "Trabzonspor" - "Kayserispor" və "Samsunspor" - "Başakşehir" görüşləri təxirə salınıb.

Buna "Qalatasaray" (Çempionlar Liqası), "Trabzonspor" və "Başakşehir"in (hər ikisi Konfrans Liqası) avrokubokların pley-off mərhələsində mübarizə aparması səbəb olub.

Avropa Liqasında yer alan "Beşiktaş" isə təqvimə əsasən III turda meydana çıxmayacaq.

Qeyd edək ki, Superliqada III turun oyunları növbəti həftəsonu baş tutacaq.