16 avqust 2024 14:45
415

"Bayer 04" almaniyalı futbolçu ilə yeni müqavilə bağlayıb

Almaniyanın "Bayer 04" klubu futbolçusu Robert Andriçlə yeni müqavilə bağlayıb.

"İki sahil" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 29 yaşlı futbolçu ilə yeni müqavilənin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub.

Əvvəlki müqavilə 2026-cı ilin yayında başa çatacaqdı.

Qeyd edək ki, Andriç 2021-ci ildən "Bayer" klubunun formasını geyinir Ötən mövsüm 45 matçda iştirak edən yarımmüdafiəçi 6 qola, 5 məhsuldar ötürməyə imza atıb. Leverkuzen klubu 2023/2024 mövsümündə Almaniya Bundesliqasının qalibi olub.