16 avqust 2024 13:44
445

Azərbaycan Voleybol Federasiyasının rəsmisi Avropa çempionatına təyinat alıb - FOTO

Azərbaycan Voleybol Federasiyasının (AVF) Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri, Avropa Voleybol Konfederasiyasının Avropa İdman Təşkilatı Komissiyasının üzvü Mixail Frişman Avropa çempionatının təsnifat mərhələsinin oyununa təyinat alıb.

“İki sahil” AVF-nin mətbuat xidmətinə istinadla xəbər verir ki, mütəxəssis E qrupunda yer alan İsveç və İsveçrə komandalarının qarşılaşmasında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.

Qeyd edək ki, avqustun 17-də İsveçdə keçiriləcək oyunun hakimləri estoniyalı Risto Strandson və norveçli Geir Vestbo olacaq.