16 avqust 2024 12:40
644

“Next Generation" - “SOCAR Türkiyə” təlim proqramı reallaşdırıb

“SOCAR Türkiyə” Akademiyasının rəhbərliyi ilə şirkət əməkdaşlarının uşaqlarını yeni dünyaya hazırlamaq və gələcəyin enerjili istedadlarını inkişaf etdirmək məqsədi daşıyan “Next Generation” (“Növbəti Nəsil”) təlim proqramı reallaşdırılıb. 

“İki sahil” xəbər verir ki, “SOCAR Türkiyə” bununla bağlı paylaşım edib. 

Türkiyənin İstanbul, İzmir, Bursa və Kayseri şəhərlərində eyni vaxtda baş tutan və 100-ə yaxın iştirakçını əhatə edən təlim proqramı 2 həftə davam edib. Proqram çərçivəsində orta məktəb şagirdlərinə peşə seçimi ilə bağlı təlimlər, universitet tələbələrinə karyera rəhbərliyi, CV hazırlanması və təlimlər keçirilib. Həmçinin təlimlərə əlavə olaraq robotların köməyi ilə rəqəmsal müsahibə təcrübəsi də həyata keçirilib.

Sonda təlimlərdə iştirak edən gənclərə sertifikatlar təqdim olunub.

“SOCAR Türkiyə” paylaşımında bir-birindən daha dəyərli təlimatçı və məruzəçilərdən ibarət proqramı bitirən gəncləri təbrik edirib, uğurlar arzulayıb.

Orxan Vahidoğlu, "İki sahil"