SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri bp şirkətinin “Gələcəyin istedadlı qadınları” təqaüd (Future Female Talent Scholarsip) proqramını qazanıblar. Onlar ali məktəbin neft-qaz mühəndisliyi ixtisasının III kurs tələbəsi Bahar Məmmədova, kimya mühəndisliyi ixtisasının III kurs tələbəsi Xədicə Cəfərova, eləcə də proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının III kurs tələbələri Eliana Səttarova və Yasəmən Məmmədlidir.
BANM-dən "İki sahil"ə bildirilib ki, beynəlxalq proqram ABŞ, İngiltərə, Sinqapur və Azərbaycanda həyata keçirilir. Məqsəd qadınların gələcək təhsil və əlavə fəaliyyətlərinə yatırım etməkdir. Layihə müddətində BANM tələbələri bp-nin müəssisələrində olub, peşəkar mühəndislərlə görüşüblər.
SOCAR-ın təşəbbüsü ilə Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində gənc media nümayəndələrinin iştirakı ilə dəyirmi masa təşkil olunub
Fərid Şəfiyev Ermənistan-Azərbaycan münaqişəsinin yanlış və birtərəfli şəkildə təqdim edilməsindən narahatlığını ifadə edib
SOCAR ilə Çinin “CNOOC” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb - FOTO