16 avqust 2024 09:19
511

Naxçıvan istiqamətində mövqelərimiz növbəti dəfə atəşə tutulub

Avqustun 16-sı saat 03:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu  istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

“İki sahil” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.