UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab görüşü çərçivəsində "Sabah" - "Sent Patriks Atletik" (İrlandiya) görüşündə ilk hissə başa çatıb.
“İki sahil” xəbər verir ki, Masazırdakı "Bank Respublika Arena"da ilk hissədən sonra hesab açılmayıb.
Oyunu rumıniyalı baş hakim Marsel Birsan idarə edir.
Qeyd edək ki, Bakı klubunun futbolçusu Sofyan Şakla 27-ci dəqiqədə birbaşa qırmızı vərəqə alaraq meydanı vaxtından əvvəl tərk edib.