"Real"ın yarımmüdafiəçisi Cud Bellinqem UEFA Superkuboku uğrunda "Atalanta" ilə matçın (2:0) ən yaxşı oyunçusu seçilib.
“İki sahil” xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
Bellinqem oyunda dəqiq ötürmələrlə və 1 qol ötürməsi ilə yadda qalıb.
Madrid təmsilçisi isə bu görüşdə 2:0 hesabı ilə qalib gələrək, Superkuboku qazanıb.