Braziliya millisinin, "Barselona" və "Milan"ın sabiq yarımmüdafiəçisi Ronaldinyonun oğlu Joao Mendeş karyerasını İngiltərədə davam etdirəcək.
“İki sahil” xəbər verir ki, bu barədə "Globo" məlumat yayıb. 19 yaşlı futbolçu "Bernli" ilə 2 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Mendeş 2023-cü ilin yayında "Barselona"ya keçmişdi və bu yay klubdan ayrımışdı. O, Kataloniya təmsilçisində 9 oyuna çıxıb.