15 avqust 2024 11:00
437

“Ludoqorets”in baş məşqçisi istefa verib - Səbəb 2:7 hesablı məğlubiyyətdir

“Ludoqorets”də baş məşqçi Georgi Dermendcievlə yollar ayrılıb.

“İki sahil” xəbər verir ki, bu barədə Bolqarıstan mətbuatı məlumat yayıb.

Xəbərdə mütəxəssisin “Qarabağ”a Çempionlar Liqasında 2:7 hesablı məğlubiyyətdən sonra istefaya göndərildiyi bildirilib.

“Ludoqorets”ə müvəqqəti Zahari Sirakov rəhbərlik edəcək.