15 avqust 2024 09:17
415

Konfrans Liqası: "Sabah" “Sent Patriks Atletik"ə qarşı

"Sabah" bu gün Konfrans Liqasının 3-cü təsnifat mərhələsində cavab oyununa çıxacaq.

“İki sahil” xəbər verir ki, Azərbaycan təmsilçisi evdə  İrlandiya “Sent Patriks Atletik"i ilə qarşılaşacaq.  “Bank Respublika Arena”da keçiriləcək görüş saat 20:00-da başlayacaq. Bu komandalar arasında ilk matç İrlandiya klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb. 

Qeyd edək ki, "Sabah" (Azərbaycan) - "Sent-Patriks Atletik" (İrlandiya) cütünün qalibi isə “Saburtalo” (Gürcüstan) – “Başakşəhər” (Türkiyə) cütünün qalibi ilə üz-üzə gələcək. 

Konfrans Liqası,

3-cü təsnifat mərhələsi, cavab oyunu

15 avqust

20:30. "Sabah" - "Sent Patriks Atletik" (İrlandiya)

Baş hakim: Marsel Birsan (Rumıniya).

Masazır, "Bank Respublika Arena"

İlk oyun - 0:1