15 avqust 2024 09:11
437

Konfrans Liqası: "Zirə" cavab oyununa çıxır

Bu gün Azərbaycan təmsilçisi "Zirə" Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununa çıxacaq.

“İki sahil” xəbər verir ki, paytaxt klubu evdə "Osiyek"i (Xorvatiya) qəbul edəcək. "Dalğa Arena"da keçiriləcək görüş saat 20:00-da başlayacaq. Oyunu Avstriyadan olan hakimlər briqadası idarə edəcək.

Bu komandalar arasında ilk matç 1:1 hesabı ilə başa çatıb. Cütün qalibi isə pey-offda "Omoniya" (Kipr) ilə üz-üzə gələcək. 

Konfrans Liqası,

3-cü təsnifat mərhələsi, cavab oyunu

15 avqust

20:30. "Zirə" (Azərbaycan) - "Osiyek" (Xorvatiya)

Hakimlər:  Yulian Veinberqer, Maksimilian Kolbitş, Andreas Vitşinq, Stefan Ebner (Avstriya)

"Dalğa Arena"

İlk oyun - 1:1