"İki sahil"in SOCAR-a istinadən verdiyi məlumata görə, Milli Hematologiya və Transfuziologiya Mərkəzi ilə SOCAR arasında təsdiq edilən qrafikə uyğun olaraq 14 noyabr 2023-cü il tarixindən 13 iyun 2024-cü il tarixinədək keçirilən qanvermə aksiyasında SOCAR-ın Baş ofis və strukturuna daxil olan 22 müəssisəsi üzrə 2045 əməkdaşı iştirak edib.
Qeyd edək ki, SOCAR üzrə bu günə qədər 42 609 nəfər əməkdaş talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən uşaqlara donorluq edib.
SOCAR, növbəti illərdə də “Qan ver, həyat xilas et!” devizi altında keçirilən aksiyalarda fəal iştirakını davam etdirəcək.
SOCAR-ın təşəbbüsü ilə Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində gənc media nümayəndələrinin iştirakı ilə dəyirmi masa təşkil olunub
Fərid Şəfiyev Ermənistan-Azərbaycan münaqişəsinin yanlış və birtərəfli şəkildə təqdim edilməsindən narahatlığını ifadə edib
SOCAR ilə Çinin “CNOOC” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb - FOTO