SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) məzunu İnsafəli Səmədov “Yüksəliş” müsabiqəsinin qalibi olub.
“İki sahil” xəbər verir ki, qeydiyyatdan keçən 15 877 nəfər arasından 25-i qalib gəlib.
Məqsəd yüksək idarəetmə qabiliyyətinə malik, rəhbər vəzifələrdə çalışmaq perspektivi olan şəxsləri müəyyən etmək, onları inkişaf etdirmək və dəstəkləməkdir.
İnsafəli 2012-ci ildə 619 balla BANM-in Kimya mühəndisliyi ixtisasına daxil olub. Məzunumuz BANM-də təhsil aldığı illər ərzində yüksək akademik göstəricilər və ictimai fəalığı ilə seçilib.
BANM ailəsi olaraq İnsafəli Səmədovu təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq!
Bakı Ali Neft Məktəbinin 30 tələbə və məzunu 2025-ci ildə bp-dən iş təklifi alıb
SOCAR-ın prezidenti “TotalEnergies” şirkətinin baş vitse-prezidenti ilə görüşüb - FOTO