04 dekabr 2017 14:25
667

Gəncədə isveçrəli fotoqrafın sərgisi açılacaq

2017-ci ilin martında İsveçrənin Azərbaycandakı səfirliyinin dəstəyi və Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Nizami yurdunda məşhur isveçrəli fotoqraf Sedrik Kristofer Merklinin sərgisi açılacaq.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə İsveçrənin Azərbaycandakı səfirinin müavini Liliyana Peşçini Gəncə Dövlət Universitetinin tələbələri ilə görüşdə məlumat verib.

Bildirilib ki, sərgidə fotoqraf Sedrik Kristofer Merklinin İsveçrə pendiri və kənd həyatına həsr olunmuş 36 əsəri nümayiş etdiriləcək.