12 avqust 2024 01:30
481

Sergi Roberto “Barselona”dan ayrılıb

Yarımmüdafiəçi Sergi Roberto İspaniyanın “Barselona” futbol klubundan ayrılıb.

“İki sahil” xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

“Əziz “Barselona” azarkeşləri, birlikdə getdiyimiz yola görə sizə təşəkkür etməyin vaxtıdır”, - deyə Roberto bildirib.

Qeyd edək ki, Robertonun 32 yaşı var, 2010-cu ildən "Barselona"nın əsas komandasında çıxış edir. “Barselona” ilə o, yeddiqat İspaniya çempionu, 6 dəfə İspaniya kubokunun və 2 dəfə Çempionlar Liqasının qalibi olub. Ümumilikdə Roberto “Barselona” ilə yüksək səviyyədə 373 oyun keçirib. Bu oyunlarda 26 qol vurub və 46 məhsuldar ötürmə verib.