Bu gün saat 10:00-dən etibarən Paytaxtın bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
“Azəriqaz” İstehsalat Birliyindən “İki sahil”ə verilən məlumata görə, Binəqədi rayonunun İbrahim Paşa Dadaşov küçəsində və Cəfər Xəndan küçəsində qaz xəttinin mövcud şəbəkəyə qoşulması, Səbail rayonunun Badamdar qəsəbəsində qaz xətti üzərindəki siyirtmənin əvəz olunması məqsədi ilə 12.08.2024-cü il tarixində saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.
Qaz təchizatı dayandırılan müddətdə Binəqədi rayonu üzrə Azadlıq, S.S.Axundov, İ.P. Dadaşov, C.Xəndan küçələrinin, Union Park yaşayış kompleksinin, 3126 məhəllənin və 7-ci mikrorayonun bir hissəsinin, Səbail rayonu üzrə isə Badamdar qəsəbəsi, 2-ci yaşayış massivinin qaz təchizatında fasilə yaranacaq.
SOCAR-ın təşəbbüsü ilə Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində gənc media nümayəndələrinin iştirakı ilə dəyirmi masa təşkil olunub
Fərid Şəfiyev Ermənistan-Azərbaycan münaqişəsinin yanlış və birtərəfli şəkildə təqdim edilməsindən narahatlığını ifadə edib
SOCAR ilə Çinin “CNOOC” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb - FOTO