11 avqust 2024 22:54
488

 “Sabah” “Zirə”yə uduzdu

Bu gün Misli Premyer Liqasında 2-ci turuna yekun vurulub.

“İki sahil” xəbər verir ki, bunu turun son oyununda Konfrans Liqasında mübarizələrini davam etdirən "Sabah" və "Zirə" yarışıblar.

Oyunun 50-ci dəqiqəsində penaltini dəqiq yerinə yetirən Rafael Utziq hesabı açıb. 52-ci dəqiqədə isə Salifu Suma “Zirə”nin üstünlüyünü iki topa yüksəldib.

Matç bu hesabla da başa çatıb.

Misli Premyer Liqası,

2-ci tur

11 avqust (bazar)

21:00. “Sabah” 0–2 “Zirə”

Qollar: Rafael Utziq, 50-pen. (0-1) Salifu Suma, 52 (0-2)

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev

“Bank Respublika Arena”

Məhərrəm Ağalaroğlu, “İki sahil”