11 avqust 2024 09:09
486

Fransalı atlet yarışda huşunu itirib

Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarına qatılan fransalı atlet Alessia Zarbo 10 kilometr məsafəyə qaçış yarışında huşunu itirərək yıxılıb.

“İki sahil” xəbər verir ki, 22 yaşlı qadın idmançı yarışın 26-cı dəqiqəsində huşunu itirib.

Stadionun təhlükəsizlik xidmətinin əməkdaşları dərhal idmançıya ilkin tibbi yardım göstəriblər. Daha sonra atleti xərəyə qoyaraq qaçış zolağından çıxarıblar. Hadisəyə baxmayaraq, qaçış dayandırılmayıb.

Hələlik idmançının hansı səbəbdən huşunu itirdiyi qeyd edilmir.