11 avqust 2024 01:11
601

Azərbaycanlı futbolçu "Barselona"da

Azərbaycanlı futbolçu Eldar Tağızadə “Barselona”ya transfer olunub.

“İki sahil” xəbər verir ki, o, Kataloniya təmsilçisinin B komandasında çıxış edəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

21 yaşlı qapıçı "Barselona Atletik"ə azad agent kimi keçib. Onunla 2026-cı ilin yayınadək müqavilə imzalanıb.

Qeyd edək ki, Tağızadə son mövsümü "Luqo Polverin" komandasında keçirib.