Yutubun (YouTube) keçmiş baş direktoru Susan Voycicki iki ildir xərçənglə mübarizə apardıqdan sonra 56 yaşında vəfat edib.
“İki sahil” xəbər verir ki, bu barədə “X”də “Google”un baş direktoru Sundar Piçai məlumat verib.
Qeyd edək ki, Susan Voycicki 2014-cü ildən 2023-cü ilə qədər doqquz il yutuba rəhbərlik edib. O, ayrıldıqdan sonra 2006-cı ildə YouTube-u satın alan Google-un sahibi olan Alphabet-də məsləhətçi olaraq qaldı.
Məhərrəm Ağalaroğlu, “İki sahil”