Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Culfa rayonu Qızılca kəndində biçilmiş taxıl sahəsində, Naxçıvan şəhər Nazim Hikmət və Şəhriyar küçələrində, Babək rayonu Cəhri qəsəbəsində fərdi yaşayış evlərinin həyətyanı sahələrində yanğınların baş verməsi barədə məlumatlar daxil olub.
“İki sahil” xəbər verir ki, məlumatlarla əlaqədar dərhal Naxçıvan şəhər, Babək və Culfa Rayon Dövlət Yanğından Mühafizə Hissələrinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunublar.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülərək daha geniş sahələrə yayılmasının qarşısı alınıb.
Kürdəmirdə cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair tədbirlər keçirilib
Beyləqanda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb
FHN Gəncədə əlilliyi olan şəxslərə xidmət göstərənlər üçün maarifləndirmə tədbiri keçirib