01 avqust 2024 21:24
467

“Paris-2024”: Azərbaycanın basketbol millisi növbəti görüşünü keçirib

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi “Paris-2024” Yay Olimpiya Oyunlarında növbəti oyununu keçirib.

“İki sahil” xəbər verir ki, milli komanda bu dəfə Almaniyanı sınağa çəkib. Qarşılaşma rəqibin 8:12 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, ABŞ-a qalib gələrək tarixi uğura imza atmış Azərbaycan yığması daha əvvəl Fransa və İspaniyaya məğlub olub.