01 avqust 2024 13:39
478

"Qalatasaray"-"Beşiktaş" oyununu idarə edəcək hakim AÇIQLANDI

"Qalatasaray" və "Beşiktaş" komandaları arasında keçiriləcək Türkiyə Superkuboku matçını idarə edəcək hakim müəyyənləşib.

“İki sahil”  Türkiyə mediasına istinadla xəbər verir ki, qarşılaşma Atilla Karaoğlana tapşırılıb.

Avqustun 3-də İstanbuldakı Atatürk Olimpiya Stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.

Qeyd edək ki, "Qalatasaray" ötən mövsüm Türkiyə Superliqasının qalibi olub. "Beşiktaş" isə ölkə kubokuna sahib çıxıb.