"Zirə" bu gün Konfrans Liqasının 2-ci təsnifat mərhələsində cavab oyununu keçirəcək.
“İki sahil” xəbər verir ki, paytaxt təmsilçisi Slovakiya "DAK 1904"ü ilə səfərdə qarşılaşacaq. "MOL Arena"da oynanılacaq görüş Bakı vaxtı ilə saat 23:30-da start götürəcək. Oyun Şimali Makedoniyadan olan referi Covan Kaçevskiyə tapşırılıb.
Bu komandalar arasında ilk görüşdə "Zirə" "DAK 1904"ə 4 cavabsız qol vurub.
"Zirə" Slovakiya klubunu keçərsə, 3-cü mərhələdə "Osiyek" (Xorvatiya) - "Levadia" (Estoniya) cütünün qalibi üz-üzə gələcək. Bu halda "Zirə"nin ilk oyunu səfərdə olacaq.
Konfrans Liqası,
2-ci təsnifat mərhələsi, cavab oyunları
1 avqust
22:30. "DAK 1904" (Slovakiya) - "Zirə" (Azərbaycan)
Hakimlər: Covan Kaçevski, Slaqyan Markoski, Branko Putilin, İvana Proykovska (Şimali Makedoniya)
"MOL Arena"
İlk oyun - 0:4.