Bu gün Azərbaycan təmsilçisi "Sabah" Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Makkabi" (Hayfa, İsrail) ilə cavab oyununa çıxacaq.
“İki sahil” xəbər verir ki, matç "Bank Respublika Arena"da keçiriləcək və saat 20:00-da başlayacaq. Oyunu slovakiyalı referi Peter Kraloviç idarə edəcək.
Bu komandalar arasında ilk matçda "Sabah" 3:0 hesablı qələbə qazanıb.
"Sabah" "Makkabi"ni keçsə, 3-cü mərhələdə "Sent-Patriks Atletik" (İrlandiya) - "Vadus" (Lixtenşteyn) cütünün qalibi ilə qarşılaşacaq və ilk oyununu səfərdə keçirəcək.
Konfrans Liqası,
2-ci təsnifat mərhələsi, cavab oyunları
1 avqust
20:00. "Sabah" (Azərbaycan) - "Makkabi" (Hayfa, İsrail)
Hakimlər: Peter Kraloviç, Tomaş Starka, Matey Zemko, Boris Marhefka (Slovakiya)
"Bank Respublika Arena".
İlk oyun - 3:0.