Turnirə hazırlıqsız başlamışdıq.
“İki sahil” xəbər verir ki, bunu "Sumqayıt" klubunun baş məşqçisi Samir Abasov UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində səfərdə "Fehervar"la oyundan sonra mətbuat konfransında bildirib.
Mütəxəssis sabah baş tutacaq matçla bağlı bunları deyib:
"Futbolçularıma təşəkkür edirəm. Ağır matçda qələbə qazana bilmədik. Böyük ümidlərlə gəlmişdik. Turnirə hazırlıqsız başlamışdıq. Süliman İsanın zədələnməsi, Murad Xaçayevin cəzalı olması bizi pis vəziyyətdə qoydu. Düşünürəm ki, futbolçular bacardıqlarını etdilər. Artıq çempionata köklənəcəyik".
Qeyd edək ki, qarşılaşma qolsuz yekunlaşıb. İki oyunun nəticəsinə (2:1, 0:0) görə, "Sumqayıt" Konfrans Liqasında mübarizəni dayandırıb. ("Report")