31 iyul 2024 22:58
533

Konfrans Liqası: “Sumqayıt” mübarizəni dayandırıb

“Sumqayıt” UEFA Konfrans Liqasının II təsnifat mərhələsində cavab oyununa çıxıb.

“İki sahil” xəbər verir ki, Samir Abasovun komandası Macarıstanın “Fehervar” kollektivinin qonağı olub. “Mol Arena”da keçirilən görüş qolsuz heç-heçə ilə başa çatıb.

“Fehervar” ilk görüşdə 2:1 hesabı ilə qalib gəldiyi üçün növbəti mərhələyə vəsiqə qazanıb.