31 iyul 2024 21:54
479

Peşəkar “Çövkən” Liqasının 4-cü turunun oyunları keçirilib

Novxanı Atçılıq Mərkəzində Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Peşəkar “Çövkən” Liqasının 4-cü turunun növbəti oyunları keçirilib.

“İki sahil” xəbər verir ki,  bu barədə Atçılıq Federasiyasından məlumat verilib. “Sərhədçi” və “Köhlən” komandaları arasında baş tutan mübarizə “Sərhədçi” komandasının 10-0 hesablı, “Embawood” və “Zəfər” komandaları arasında keçirilən günün ikinci oyunu isə “Zəfər” komandasının 6-1 hesablı qələbəsi ilə başa çatıb. 10 komandanın mübarizə apardığı Peşəkar “Çövkən” Liqasının 5-ci turunun oyunları avqustun 6-sı və 7-i keçiriləcək.