30 iyul 2024 19:00
469

Paris-2024: Azərbaycan boksçusu 1/4 finala yüksəlib

Azərbaycanın boksçusu Murad Allahverdiyev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında ilk görüşünə çıxıb.

“İki sahil” xəbər verir ki, 80 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində misirli Abdelrahman Abdelcavvadla üz-üzə gəlib.

Rəqibini üstələyən idmançımız 1/4 finala adlayıb.

Qeyd edək ki, daha əvvəl Azərbaycanın digər boksçusu Alfonso Dominqes 1/4 finala yüksəlmişdi.