30 iyul 2024 15:15
464

Hidayət Heydərovun qayıtmasına dair yayılan video köhnədir

Paris-2024 Yay Olimpiya Oyunlarında qızıl medal qazanan Hidayət Heydərovun Azərbaycana qayıdacağı tarix bəlli olub.

“İki sahil” xəbər verir ki,  bu barədə Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.

Bildirilib ki, Olimpiya çempionu avqustun 3-ü və ya 4-ü ölkəmizə gələcək: “Amma tarix dəyişə də bilər”.

Həmçinin onun bu gün qayıtdığına dair sosial şəbəkələrdə yayılan videonun köhnə olduğu qeyd olunub.